Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Boranıkənd kənd sakini 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyevi cərəyan vurub.
Belə ki, o, yük avtomobilində ot bağlaması qaldırarkən ehtiyatsızlıq nəticəsində elektrik naqillərinə toxunub.
Ağır bədən xəsarətləri alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


