Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report.az-a istinadən verir ki, "Toyota Camry" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

