Meksikanın Uruapan şəhərinin meri Karlos Manso “Ölülər günü” bayramı zamanı güllələnib.
DenMedia.az xəbər verir ki, bu barədə Milenio qəzeti məlumat yayıb.
Uruapan şəhərinin meri Karlos Manso "Ölülər günü" münasibətilə keçirilən tədbir zamanı silahlı hücum nəticəsində öldürülüb, — deyə nəşrin məlumatında bildirilir.
Qeyd olunur ki, siyasətçi altı güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda vəfat edib.
Hücum zamanı bir nəfər də yaralanıb.
Polis iki şübhəlini saxlayıb, hücum edənlərdən biri isə hadisə yerində ölüb.

