Böyük Britaniyada 42 yaşlı beş uşaq anası Selia Marş vegetarianlar üçün hazırlanmış sendviçi yedikdən sonra dünyasını dəyişib.
Bu barədə DenMedia.az Independent-ə istinadən xəbər verir.
Məlumata görə, qadın sendviçi yedikdən cəmi yarım saat sonra kəskin allergik reaksiya səbəbindən ölüb.
Ailəsinin sözlərinə görə, onlar gəzinti zamanı üzərində “südsüz” qeyd olunan sendviçi alıblar. Selia Marşda süd zülalına qarşı ağır allergiya var idi. Sendviçi yedikdən təxminən 30 dəqiqə sonra vəziyyəti pisləşib, huşunu itirib və dünyasını dəyişib.
Aparılan ekspertiza qadının süd zülalına qarşı allergiya səbəbindən öldüyünü təsdiqləyib. Araşdırma aparan koroner şirkəti birbaşa günahlandırıb və bildirib ki, məhsul üzərində “südsüz” yazılırsa, bu, tam şəkildə həqiqətə uyğun olmalıdır.
Ailə şirkətə qarşı iddia qaldırıb və 1,2 milyon funt məbləğində kompensasiya alıb. Qızının sözlərinə görə, pul anasını geri qaytarmasa da, “ədalət bərpa olunub”.
“Anam ağır allergiyaya görə daim qorxu içində yaşayırdı və məhsulların üzərindəki hər bir yazını diqqətlə oxuyurdu,” – deyə mərhumun qızı bildirib.

