Moskva vilayətinin Odintsovo şəhər dairəsində, Qorki-2 qəsəbəsində yerləşən elit Uspensk məktəbində yeniyetmə şagirdlərə bıçaqla hücum edib. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İlkin məlumata görə, bir neçə gün hücuma hazırlaşan 15 yaşlı şagird mühafizəçini yaralayıb, 4-cü sinif şagirdini isə öldürüb. Uşaqlar məktəbdən təxliyə edilib, hücumçu xüsusi əməliyyat zamanı saxlanılıb.
Mash Telegram kanalının məlumatına görə, Uspensk məktəbindəki hücumun icraçısı cinayətə bir neçə gün ərzində hazırlaşıb. Hazırlığın tərkib hissəsi kimi o, “Mənim qəzəbim” adlı 11 səhifəlik manifest yazaraq sinif yoldaşlarına göndərib. Mətnində Timofey cəmiyyətə qarşı nifrət ifadə edib, insanları milli və dini mənsubiyyətinə görə bölüb. Tanışlarının sözlərinə görə, əvvəlcə onlar niyyətin ciddiliyini anlamayıb və cavab olaraq onu təhdid yox, zarafat kimi qəbul edərək təhqir ediblər.

