Hindistanda kran suyunun istifadəsi nəticəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Bu barədə India TV telekanalı məlumat yayıb. Məlumata görə, insident Madhya-Pradeş ştatının İndor şəhərində baş verib.
Bildirilir ki, ümumilikdə 1,3 min nəfər zəhərlənib, onlardan 13 nəfər həyatını itirib.
Qeyd olunur ki, zərərçəkənlərin sayı arta bilər, çünki 1,3 min nəfər hələ də xəstədir. Onlardan 100-dən çoxu vəziyyətlərinin ağır olması səbəbilə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.
Madhya-Pradeş ştatının hakimiyyət orqanları hadisə ilə bağlı istintaq komissiyası yaradıb. Ştatın baş naziri Mohan Yadav vəziyyətin fövqəladə olduğunu bildirib. Hazırda bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.

