İtaliyanın Kastilyon-Fiorentino kommunasında 2026-cı ilin əvvəlindən etibarən naməlum epidemiyadan azı 14 nəfər ölüb.
Bunu şəhərin meri Mario Anelli açıqlayıb:
“Belə hal heç vaxt olmayıb, hətta COVID-19 pandemiyası zamanı da… Amma bilirəm ki, Arezzo əyalətində bu vəziyyətlə üzləşən yeganə şəhər biz deyilik.”
Corriere Fiorentino yazır ki, ilin ilk 10 günündə qeydə alınan 14 ölüm 2025-ci ildəki ümumi ölüm sayının (133 nəfər) 10 faizindən çoxunu təşkil edir.
Məqalədə qeyd olunur ki, bu vəziyyət təsadüf, uğursuz zaman kəsiyi, son günlərdə müşahidə olunan soyuq hava və xüsusilə həssas əhali qruplarını əhatə edən güclü qrip dalğası ilə bağlı ola bilər. Lakin səbəblər hələlik izah olunmur və araşdırılmalıdır.

