"Azur Air" aviaşirkətinə məxsus Boeing-757 sərnişin təyyarəsi Tailandın Puket şəhərindən Rusiyanın Barnaul şəhərinə uçuş zamanı Çin hava məkanında fövqəladə siqnal verib. Bu barədə Flightradar xidmətinin məlumatlarında qeyd olunub.
Hadisənin səbəbləri hələlik açıqlanmır. Aviaşirkətdən bildirilib ki, təyyarə Çinin Lanzhou hava limanına planlaşdırılmamış enişə hazırlaşır.
“ZF-2998 reysi Lanzhou hava limanına fövqəladə eniş etməyə hazırlaşır. Aviaşirkətin müvafiq xidmətləri vəziyyəti nəzarətdə saxlayır, əlavə məlumat gözlənilir”, — deyə aviaşirkət “İnterfaks”a bildirib.
Hazırda xəsarət alanlar və ya texniki nasazlığın xarakteri ilə bağlı rəsmi məlumat yoxdur.

