Moskva metrosunun “Bitsevski park” stansiyasında partlayış baş verib. Bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, partlayışa səbəb avadanlığın sıradan çıxması olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Sərnişinlər digər xətlərə yönləndirilib. Hazırda stansiyada hərəkət bərpa edilib.

