Serbiya polisi respublika prezidenti Aleksandar Vuçiçə və onun ailə üzvlərinə qarşı sui-qəsd hazırlığında şübhəli bilinən iki nəfəri saxlayıb.
Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın versiyasına görə, 1975 və 1983-cü il təvəllüdlü şəxslər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək qətl planı hazırlayıblar. Onlar Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə keçirilən xüsusi əməliyyat zamanı Kralyevo şəhərində saxlanılıblar.
Nazirliyin açıqlamasında bildirilib ki, şübhəlilər 48 saata qədər həbsdə saxlanılacaq, daha sonra isə cinayət işi üzrə materiallar Ali Prokurorluğa təqdim olunacaq.

