ABŞ-ın Serbiyaya məxsus NIS şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqtonun Serbiyaya yönəlmiş məqsədli hücumudur və bunun Rusiya ilə əlaqəsi yoxdur.
DenMedia.az xəbər verir ki, bu fikri Aleksandar Vulin — Serbiyanın sabiq baş nazir müavini, Serbiyaqaz Nəzarət Şurasının sədri TASS-a müsahibəsində bildirib.
Vulinin sözlərinə görə, Serbiyada Rusiyaya qarşı narazılıq üçün əsas yoxdur, çünki məhdudiyyətlərin səbəbi ABŞ-ın şüurlu siyasi xəttidir.
“Serbiyaya sanksiyaları Rusiya yox, Amerika tətbiq edib. Serbiyada heç kimin Rusiyanın mövqeyinə görə əsəbiləşməyə haqqı yoxdur, çünki buna Rusiya səbəb olmayıb. Bu, Rusiyanın səhvi deyil. Hətta Amerikanın da səhvi deyil — bu, ABŞ-ın niyyətidir. Bu, Amerikanın Serbiyaya hücumudur”, — deyə Vulin vurğulayıb.

