Bakıda kişi tik-tokda rəy yazan arvadını döyüb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Şəhər şossesində yerləşən evlərdən birində qeydə alınıb.
İttiham aktına görə, 38 yaşlı E. Paşayev axşam saatlarında evdə tik-tok sosial şəbəkəsində canlı yayımda olub. Bu zaman arvadının da həmin sosial şəbəkədə rəy yazdığını görüb. Bundan əsəbiləşən Paşayev qısqanclıq zəminində əli ilə arvadının üz və başına dəfələrlə zərbə vurub. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.
Hadisə ilə bağlı E. Paşayev barəsində cinayət işi açılıb. Lakin istintaq dövründə məlum olub ki, E. Paşayev ölkəni tərk edib. O, və vəkili məhkəməyə müraciət edərək amnistiya aktının tərtib olunmasını istəyiblər.
Məhkəmənin hökmü ilə E. Paşayev barəsində amnistiya aktı tərtib olunub və məsuliyyətdən azad edilib.

