Kubanın paytaxtı Havananın sakinləri uzunmüddətli elektrik kəsintilərinə etiraz olaraq gecə saatlarında küçələrə çıxıblar.
Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, paytaxtın bir neçə rayonunda insanlar işıq, su və ərzaq çatışmazlığına etiraz edərək qazan-qab döyüb.
Mərkəzi Havanada yaşayan sakinlərdən biri bildirib ki, vəziyyət hər keçən gün daha da ağırlaşır. Onun sözlərinə görə, insanlar ərzaq, su, elektrik və dərman qıtlığı ilə üzləşib və problemlərin təcili həllini tələb edirlər.

