Ukraynada olan Welt telekanalının müxbiri Kristof Vanner bildirib ki, Kiyevdə enerji sahəsində vəziyyət fəlakət həddinə çatıb.
“Bu artıq hiss olunur: mənzillərdə insanlar üşüyür, istilik demək olar ki, yoxdur, hər şey qeyri-sabitdir. Ardınca yenidən su və elektrik kəsilir”, — deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, paytaxtda enerji təchizatındakı fasilələr gündəlik həyata ciddi təsir göstərir və vəziyyət getdikcə daha da ağırlaşır.

