Böyük Britaniyanın Əsəks qraflığında qadın və onun azyaşlı qızı bataqlıq qumda batmaq təhlükəsi ilə üz-üzə qalıb, lakin son anda xilas olunublar.
Bu barədə BBC News məlumat yayıb.
Hadisə Sautend-on-Si şəhərində baş verib. Bildirilir ki, qız uşaq çimərlikdə oynayarkən qəfil dizə qədər quma batıb. Onu xilas etmək istəyən ana da təhlükəli sahəyə daxil olaraq belinə qədər quma batıb.
Onların kömək çağırışına yaxınlıqdakı əyləncə parkının əməkdaşları və bir yük maşını sürücüsü cavab verib və ip vasitəsilə ana ilə qızı xilas ediblər.
Məlumata görə, əvvəlcə uşaq, daha sonra isə ana qumdan çıxarılıb.
“Qadın çox dərin batmışdı, bədəninin yarısı palçıq içində idi. Ətrafda panika yaranmışdı, insanlar qışqırırdı”, — deyə hadisə şahidi bildirib.

