“Aeroflot” aviaşirkətinə məxsus Moskva–Bakı reysi Şeremetyevo hava limanına məcburi eniş edib.
Şirkətin məlumatına görə, təyyarə uçuşdan dərhal sonra quşla toqquşub və bu səbəbdən geri qayıtmaq qərarı verilib.
“SU1854 Moskva–Bakı reysinin komandiri uçuşdan sonra quşla toqquşma səbəbindən çıxış hava limanına qayıtmaq qərarı verib”, – deyə açıqlamada bildirilir.
Təyyarə enməzdən əvvəl çəkini azaltmaq üçün gözləmə zonasında yanacaq sərf edib və Bakı vaxtı ilə saat 13:09-da normal rejimdə eniş edib.
Qeyd olunub ki, eniş zamanı hər iki mühərrikin işləmə göstəriciləri normal olub.
“Aeroflot” əlavə edib ki, hadisədən sonra texniki yoxlama aparılacaq və reys ehtiyat təyyarə ilə həyata keçiriləcək.

