


Elnarənin tələbəsi vəfat etdi

Elnarənin tələbəsi vəfat etdi
Müğənni Elnarə Xəlilovanın tələbəsi vəfat edib.
Den.az xəbər verir ki, bu haqda ifaçı özü məlumat yayıb. Müğənni bildirib ki, xərçəngdən əziyyət çəkən tələbəsi Kubra vəfat edib:
E.Xəlilova mərhumun apreldə lentə alınan videosunu paylaşaraqü bu sözləri yazib: "Video apreldə çəkilib. O cür şaqraq səsi olan, "Gülçöhrə"nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı. Taleyi belə yazılıbmış, canı qurtardı, mələk oldu" sözlərini əlavə edib.