Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq xəstəxanadan evə buraxılıb. Digər zərərçəkənlərin vəziyyəti isə ağır olaraq qalır.
Bu barədə TƏBİBin məlumatında bildirilib.
Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında daha iki nəfərin müalicəsi davam edir və onların vəziyyəti orta ağır qiymətləndirilir.
İnfeksion şöbədə müalicə alan daha iki nəfər ambulator müalicə üçün evə buraxılıb, onların vəziyyəti qənaətbəxşdir.
Eyni zamanda, Respublika Pediatriya Mərkəzinin A.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında “meninqoensefalit” diaqnozu ilə müalicə olunan bir xəstənin vəziyyəti ağır, lakin stabildir.
Xatırladaq ki, aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində eyni ailənin 6 üzvü dəm qazından zəhərlənmişdi. Aprelin 3-də isə 2 yaşlı qız uşağı həyatını itirmişdi.

