Almatıda məktəbli qızın təhlükəli planı vaxtında qarşısı alınıb.
Şəhər polisinin məlumatına görə, şagird məktəbə balta gətirib və sosial şəbəkələrdə naməlum şəxslərin təsiri altında qanunsuz hərəkət törətməyi planlaşdırıb.
Hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində hadisə baş vermədən qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, azyaşlı sosial şəbəkələrdə aldığı göstərişlər əsasında hərəkət etməyə hazırlaşırmış. Məktəb rəhbərliyi valideynlərə müraciət edərək uşaqların, xüsusilə Telegram yazışmalarını yoxlamağı tövsiyə edib.
Şagirdin qanuni nümayəndələri barəsində isə tərbiyə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi ilə bağlı araşdırma başlanıb.

