İsraildə ilk dəfə hantavirus xəstəsi qeydə alınıb.
Bu barədə Maariv məlumat yayıb.
Məlumata görə, yoluxma pasiyentin Şərqi Avropaya səfəri zamanı baş verib.
Jurnalistlər aşkarlanan ştamın daha əvvəl “MV Hondius” gəmisində qeydə alınan hallardan fərqləndiyini bildiriblər.
İsrail Səhiyyə Nazirliyi xəstənin vəziyyətinin stabil olduğunu açıqlayıb. Bildirilib ki, onun izolyasiyaya ehtiyacı yoxdur, lakin hazırda tibb mərkəzində həkim nəzarəti altında saxlanılır.
Məqalədə qeyd olunub ki, bundan əvvəl də İsraildə Cənubi Amerikadan qayıdan səyyahlarda hantavirusun tək-tək halları qeydə alınıb. Həmin yoluxmalar on ildən çox əvvəl baş verib.

