Türkiyənin sabiq xarici işlər naziri, AKP-nin Antalya üzrə millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu dünyasını dəyişib.
Cumhuriyet nəşrinin məlumatına görə, 12 gün əvvəl ofisində ağır yaralı vəziyyətdə tapılan Aydın Çavuşoğlu reanimasiyada müalicə alırdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Aydın Çavuşoğlu özünə məxsus yanacaqdoldurma məntəqəsinin ofisində ağır yaralı halda aşkarlanmışdı. Hadisədən sonra Alanya Respublika Baş Prokurorluğu araşdırmaya iki prokurorun cəlb edildiyini bildirmişdi.
Prokurorluq mövcud sübutlar əsasında hadisədə üçüncü şəxsin iştirakına dair hər hansı faktın müəyyən edilmədiyini qeyd etmişdi.

