Türkiyədə keçmiş xarici işlər naziri və parlament deputatı Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum edilib.
Aydın Çavuşoğlu öz ofisində güllələnib.
Yaralı əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

