Kataloniya polisi Mango mağazalar şəbəkəsinin qurucusu İsak Andikin oğlu Conatan Andiki atasının ölümü ilə bağlı şübhəli şəxs qismində saxlayıb.
Bu barədə Reuters məlumat yayıb.
71 yaşlı İsak Andik 2024-cü ilin dekabrında Barselona əyalətində qayalıqdan yıxılaraq həlak olmuşdu. İlkin mərhələdə hadisə bədbəxt hadisə kimi qiymətləndirilmişdi.

Lakin daha sonra istintaq yenidən açılıb. Buna səbəb hadisənin yeganə şahidi olan oğlu Conatan Andikin ifadələrində ziddiyyətlərin aşkarlanması olub.
KİV-in məlumatına görə, Conatan Andik istintaq təcridxanasına aparılıb və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılmalıdır.
Ailə isə istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.
Hazırda İsak Andikin ölümü ilə bağlı araşdırma davam edir.

