Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən AFF Hotel ərazisində güclü yanğın hadisəsi baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, güclü yanğın axşam saatlarında hotelin 3-cü mərtəbəsində baş verdiyi bildirilir.
Alov qısa zamanda geniş əraziyə yayılıb və ətrafı qalın tüstü bürüyüb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili yardım cəlb olunub. Hazırda yanğının qarşısının alınması və alovun digər hissələrə keçməməsi istiqamətində intensiv tədbirlər görülür.
Ərazidə DİN-nin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Hoteldə qalan insanların təxliyyəsinə başlanılıb.
Hadisə zamanı ölən və xəsarət alan olmasada, ancaq hotelə ciddi ziyan dəydiyi bildirilir.
Yanğının başvermə səbəbləri araşdırılır.
Ətraflı videoda...

