Novxanıda yerləşən AFF Hotel ərazisində güclü yanğın hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə yerindən yayılan ilkin görüntülərdən məlum olur ki, alov qısa zamanda geniş əraziyə yayılıb və ətrafı qalın tüstü bürüyüb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının qarşısının alınması və alovun digər hissələrə keçməməsi istiqamətində intensiv tədbirlər görülür.
İlkin məlumata görə, hotel ərazisində olan insanlar təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

