Qəbələdə “Savalan” şərab zavodunun ərazisində yanğın baş verib.
Şahidlərinin sözlərinə görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürən briqadalar cəlb olunub.
Yanğın zamanı “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş şərab çəlləyini xilas etmək mümkün olub.
Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.

