ABŞ-da qadın Nyu-Yorkda açıq qalmış lyuka düşərək həyatını itirib.
Bu barədə Irish Star məlumat yayıb.
Məlumata görə, hadisə mayın 18-i axşam saatlarında baş verib. 56 yaşlı Donika Qotsay isti buxar və qaynar su ilə dolu açıq lyuka düşüb.
Qadın ağır yanıq xəsarətləri və digər travmalar alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin şahidi Karl Vud bildirib ki, Qotsay insidentdən əvvəl diqqətsiz görünməyib və telefonla məşğul olmayıb. Onun sözlərinə görə, ərazi insanların yıxılmasının qarşısını almaq üçün lazımi şəkildə hasarlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

