Kürdəmirdə ər arvadını qətlə yetirib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Belə ki aralarında yaranan ailə münaqişəsi zəminində ər Bəşirov Natiq Araz oğlu həyat yoldaşı 21 yaşlı Bəşirova Lamiyə İsmayıl qızını qətlə yetirilib.Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.Qadının meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki,hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəindən saxlanılıb.Cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaş yarımlıq övladları var.Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Aqil Əsədov
Denmedia.az

