Bakıda bir nəfərin ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Den.az” xəbər verir ki, qəza Tbilisi prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində baş verib.
İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb. Hadisə zamanı sürücü ölüb. Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq muşahidə olunur.Qəza yerinə Hüquq mühafisə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır