Yaponiyanın Yamaqata prefekturasında meşəyə göbələk yığmağa gedən 78 yaşlı kişinin meyit qalıqları ayının mədəsində tapılıb.
Bu barədə Inquirer məlumat yayıb.
Hadisədən sonra hüquq-mühafizə orqanları yerli sakinləri təbiətə tək getməkdən çəkinməyə çağırıblar.
Məlumata görə, pensiyaçının meyiti mayın 5-də meşəlik ərazidə aşkarlanıb. Hadisə yerinə gələn ovçular yaxınlıqda ayı görüblər və onu zərərsizləşdiriblər. Sonradan aparılan müayinə zamanı heyvanın mədəsində insana aid qalıqlar tapılıb.

