Banqladeşdə güclü istilər zamanı xəstəxanada kondisionerin sıradan çıxmasından sonra 6 körpə ölüb. Bu barədə Independent yazır.
Faciə doğuşdan sonrakı palatada baş verib. Həmin palatada 1-3 günlük körpələr olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, gecə saatlarında palatada soyutma sistemi işləməyi dayandırıb. Havanın temperaturu 32 dərəcəyə çatıb və rəsmilərin sözlərinə görə, otağın içində dözülməz havasızlıq yaranıb.
İstintaqçılar avadanlığın sıradan çıxmasına nəyin səbəb olduğunu araşdırır və xəstəxananın elektrik xətlərinin vəziyyətini yoxlayırlar.
Xəstəxana rəhbərliyi isə körpələrin ölüm səbəbi ilə bağlı yekun nəticə çıxarmağın hələ tez olduğunu bildirib və istintaqa tam dəstək göstərəcəyini açıqlayıb.

