Litvada azı 130 təhsil müəssisəsinə guya binalara partlayıcı qurğular yerləşdirilməsi barədə təhdid məktubları göndərilib.
Bu barədə LRT məlumat yayıb.
Hüquq-mühafizə orqanları daxil olan məlumatları yoxlayır. Hazırda ilkin qiymətləndirməyə görə, bu məktubların arxasında real təhlükənin olmadığı ehtimal edilir.
Bununla belə, elektron poçtuna bu tip bildirişlər gələn məktəblərin sayı artmaqda davam edir.
Təhdid məktubları alan təhsil müəssisələrinə tədris prosesini və imtahanları dayandırmamaq tövsiyə olunub. Eyni zamanda, şübhəli əşya aşkar edilərsə, dərhal polisə məlumat verilməlidir.

