Yevlaxda 91 yaşlı qadın bədbəxt hadisə nəticəsində vəfat edib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Xaldan kəndində baş verib.
Belə ki, kənd sakini Zümrüd Əhmədova 1935-ci il təvəllüdlü evinin həyətyanı sahəsində su qızdırmaq üçün od qalayarkən paltarının alışması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

