Ağcabədidə 60 yaşlı kişi kimyəvi məhluldan zəhərlənmə nəticəsində vəfat edib.
DenMedia.az report-a istinadən xəbər verir ki, şəhər sakini Sərxan Savalan oğlu Şirinov 8 iyun saat 10:00 radələrində kimyəvi maddədən zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

