Everestdə 30 il əvvəl həlak olan hindistanlı alpinistin qalıqları dağdan endirilə bilər.
Bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Everestə qalxarkən həyatını itirən hindistanlı alpinist Dordje Morupun şəxsiyyəti DNT testi vasitəsilə müəyyən edilib.
Alpinist ayaqqabılarının xarakterik rənginə görə illərdir “yaşıl çəkməli adam” kimi tanınırdı.
Məlumata görə, Morupun qalıqlarının yay aylarının sonunadək dağdan endirilməsi planlaşdırılır.
Qeyd olunur ki, alpinistin qalıqları Everestin 8 min metrdən yuxarı hissəsində yerləşir. Bu ərazi alpinistlər arasında “ölüm zonası” kimi tanınır.

