Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, DenMedia.az report-a istinadən xəbər verir.
Bildirilib ki, “Kia Rio” markalı avtomobilin sürücüsü rayon ərazisində idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı ağaca, daha sonra isə işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtomobilə ciddi ziyan dəyib, içəridə olan bir neçə sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


