Hindistanda güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 19 nəfər həyatını itirib.
Bu barədə The Times of India və PTI məlumat yayıb.
Cammu və Kəşmirdə 11, Naqaland ştatında isə 8 nəfər ölüb. Bir neçə nəfərin itkin düşdüyü, axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

