“Azərbaycanda qeyri-adi olay: Polis dananı güllələdi” başlıqlı xəbər ötən gündən bəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
P
Den.az bildirir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Rəşad Əliyev deyib ki, Mülki Məcəllənin tələbinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur:
“Bu zaman heyvanın nəzarət altında olmasının, itməsinin və ya qaçmasının əhəmiyyəti yoxdur. Polisin məsuliyyətinə gəlincə, polis əməkdaşı digər şəxslərin həyati təhlükəsinin qarşısının alınması, sağlamlığına və əmlaklarına zərər vurulmasının qarşısını almaq üçün son zəruri addımdırsa, hər hansı məsuliyyət daşımayacaq”.
Hüquqşünasın sözlərinə görə, əgər heyvan sahibi hesab etsə ki, polisin belə bir addım atmasına ehtiyac yox idi və zərurət olmadan silahdan istifadə edərək heyvanın məhv olmasına səbəb olub, bu halda kompensasiya tələb edə bilər.