Rusiyanın Nijni Novqorod vilayətində həbsxanaya narkotik maddə keçirmək üçün istifadə edilən pişik həbsxana əməkdaşları tərəfindən tutulub.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları pişiyin üzərində iki ədəd əl işi parça boyunluq aşkarlayıblar.
Boyunluqların içərisində qadağan olunmuş maddələrin gizlədildiyi müəyyən edilib. Aparılan ekspertiza nəticəsində həmin maddələrin narkotik olduğu təsdiqlənib.
Narkotiklər müsadirə olunduqdan sonra pişiyin sağlamlıq vəziyyəti yoxlanılıb və heyvan yenidən təbiətə buraxılıb.

