Hindistanda çəkildiyi bildirilən görüntülərdə tarlada yatan fermerin köynəyinin içinə kobra girdiyi iddia olunur.
Ətrafdakı şəxslər ilanın sancmaması üçün fermerdən sakit qalmasını və hərəkət etməməsini istəyiblər. Görüntülərdə kişi uzun müddət arxası üstə, demək olar ki, tərpənmədən uzanıb.
Dostları köynəyin düymələrini bir-bir açaraq və parçanı ehtiyatla kənara çəkərək ilana çatmağa çalışıblar. Təxminən dörd dəqiqə davam edən müdaxilədən sonra köynək tamamilə çıxarılıb.
Görüntülərin sonunda fermerin ayağa qalxdığı və ilan sancması olmadan xilas olduğu görünür.

