Yeni Zelandiyanın Şimal adasında 5,7 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Şimal adasındakı Turangi şəhərindən 50 kilometr qərbdə qeydə alınıb.
Hadisə nəticəsində mümkün xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

