Fransada iyul ayı ərzində Tarn, Kot-d’Or və Aşağı Reyn departamentlərində yerləşən üç muzey qarət edilib.
İlk hadisə 1 iyulda Tarn departamentindəki Montana arxeoloji mərkəzində baş verib. Naməlum şəxslər gecə saatlarında eramızdan əvvəl 50-ci ilə aid təxminən 40 qızıl sikkəni oğurlayıblar. Eksponatların ümumi dəyəri 120 min avrodan çox qiymətləndirilir.
İkinci qarət 5 iyulda Vingen-sür-Moder kommunasındakı “Lalique” zərgərlik və şüşə sənəti muzeyində törədilib. Cinayətkarlar ümumi dəyəri 4,5 milyon avrodan çox olan 27 zərgərlik məmulatını aparıblar.
Daha bir hadisə isə 24 iyulda Şatilyon-sür-Sen kommunasındakı regional muzeydə qeydə alınıb. İki nəfər vitrini sındıraraq Burqundiyada zadəgan qadının kelt məzarından tapılmış “Viks xanımı”na aid qızıl boyun halqasını oğurlayıb.
Məlumata görə, eramızdan əvvəl V əsrə aid artefaktın çəkisi 480 qramdır.
Fransanın mədəniyyət naziri Katrin Peqar bildirib ki, 27 iyulda sonuncu qarətdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.

