Bakıda kommunist ideologiyasını təbliğ etmək məqsədilə SSRİ bayraqları ilə yürüş keçirməyə cəhd edən dörd nəfər barəsində hökm çıxarılıb.
Nizami Rayon Məhkəməsinin qərarına əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər qrup yaradıb, ofis icarəyə götürüb və xarici dövlətin dəstəyi və maliyyəsi ilə fəaliyyət göstəriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş keçirməyə çalışdığı əks olunub.
Onlar saxlanıldıqdan sonra barələrində Azərbaycan Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb.

