Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Lökbatan-Qobu yolunda qeydə alınıb.
Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və sərnişini Sultanov Bəhruz İlham oğlunun ölüb. Yük avtomobilinin sürücüsü M.Ağaverdiyev isə xəsarət alıb.


