Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avqustun 2-də Buzovna qəsəbəsində dənizdə boğulan 2004-cü il təvəllüdlü Ruslan Həmidovun meyitini taparaq sudan çıxarıblar.
FHN-in mətbuat xidmətinin məlumatına görə, meyit aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində nəzarətsiz çimərlik ərazisində baş verib.
Faciə günü 2014-cü il təvəllüdlü Əli Həmidovun meyiti tapılıb, onların 2009-cu il təvəllüdlü bacısı isə xilas edilib.
Ruslan Həmidovun axtarışları bu günədək davam etdirilib.

