Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində xilasedicilər dənizdə boğulan yeniyetmənin meyitini sudan çıxarıblar.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, iyulun 28-də dənizin nəzarətsiz ərazisində batan 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarıldıqdan sonra aidiyyəti üzrə təhvil verilib.

