Bakıda daş karxanasında bədbəxt hadisə nəticəsində 65 yaşlı Rabil Zərbəliyev həyatını itirib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı Cəlilabad rayon sakininin karxanada iş görərkən ehtiyatsızlıq etdiyi bildirilir.
İlkin məlumata görə, Rabil Zərbəliyev mişardan aldığı xəsarət nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.

