Bu gün saat 07:00 radələrində Göyçay rayonunun Alpout kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, kənd sakini 1984-cü il təvəllüdlü Anar Səlimov ot bağlamalarını ot tayasına yığarkən qəfil halı pisləşib.
Kişi müvazinətini itirərək yıxılıb, ardınca isə ot bağlamaları onun üzərinə aşıb.
Hadisə nəticəsində Anar Səlimov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

