London polisi zərgərlik mağazalarından 700 min funt sterlinqdən çox – təxminən 1 milyon dollar dəyərində oğurluq edən cinayətkar qrupun izinə düşüb.
Skotland-Yardın məlumatına görə, cinayətkarlar mağazalara adi üsulla daxil olmayıblar. Onlar gecə saatlarında təhlükəsizlik sistemlərindən yan keçmək üçün binalara doğru tunellər qazıblar.

Hüquq-mühafizə orqanları cinayətkar qrupun üç üzvünü saxlayıb. Onlardan ikisi Londonun cənubundakı Tutinq rayonunda növbəti cinayət zamanı birbaşa hadisə yerində yaxalanıb.
Üçüncü şəxs isə İrlandiyaya uçmağa çalışarkən Londonun Stansted hava limanında saxlanılıb.
Qrup üzvlərinin hamısı iyulun 17-də tutulub. Avqustun 21-də Kinqston Kral Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər ittihamları tam şəkildə qəbul ediblər.

Skotland-Yardın məlumatına görə, dəstə may-iyul ayları ərzində bir sıra uğurlu basqınlar həyata keçirib.

