Bakının Suraxanı rayonunda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub.
Denmedia.az lent.az-a istinadla xəbər verir ki, Bülbülə qəsəbə sakini, 1965-ci il təvəllüdlü Natiq Savalan oğlu Allahverdiyev yemək yeyərkən boğazında ət tikəsi qaldığı üçün boğulmağa başlayıb.
İlkin məlumata əsasən, o, nəfəs almağa çalışaraq boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Nəticədə güclü qanaxma baş verib.
Natiq Allahverdiyev boğazından aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

